İraq İslami Müqavimət Hərəkatı bəyanat yayaraq sionist rejimin həyati Bəhrül Məyt mövqeyinə 3-cü dəfə hücum etdiyindən xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, İraq İslami Müqavimət Hərəkatı bu gün (3 may) bəyanat yayaraq elan edib: İşğalçı sionist rejimlə mübarizəmizin davamında Qəzzə xalqına dəstək və İsrail rejiçinin fələstinlilərə qarşı amansız cinayətlərinə cavab məqsədilə onların Bəhrül Məyt mövqeyinə 3-cü dəfə hücum etdik.
Dünən (2 may) axşam da İraq İslami Müqavimət Hərəkatı 2 bəyanat yayaraq Mossada bağlı Gilvut hərbi mərkəzinə hücum etdiyi barədə məlumat vermişdi.
İraq İslami Müqavimət Hərəkatının digər bir bəyanatı sionist rejimin işğal olunmuş ərazilərdəki Biirul Səb`dəki Kruz raketi ilə hücumla əlaqədar idi.