QafqazTimes xəbər verir ki, İraq ordusuna bağlı “Əl-Elam Əl-Əmni” media qrupu çərşənbə günü Türkiyənin İraqın şimalında həyata keçirdiyi aviazərbələr nəticəsində çoxlu sayda mülki vətəndaşların həlak olması və yaralanması ilə bağlı bəyanat yayıb.
Bir nüsxəsi İraqın rəsmi Xəbər Agentliyində (WAA) dərc edilən qrupun bəyanatında deyilir: “Əl-Elam Əl-Əmni qrupu çərşənbə axşamı gecəsi Türkiyə pilotsuz təyyarələrinin İraqın şimalında, xüsusən Sincar və Məxmurda hava məkanını pozaraq bu iki bölgəyə hava zərbələri endirməsini kəskin şəkildə pisləyir.”
Qrup həmçinin İraqın suverenliyinə qarşı bu cür hücumların təkrarlanmamasını tələb edərək, “İraqın iki ölkə arasında əməkdaşlığa və ümumi sərhədlərdə təhlükəsizlik vəziyyətinə nəzarət etməyə tam hazır olduğunu” vurğulayıb.
İraq mediası çərşənbə axşamı Türkiyə qırıcılarının təkcə İraqın şimalında Sincar əyalətinə hücumu nəticəsində azı 8 nəfərin öldüyünü və yaralandığını bildirib.