İraq müqaviməti çərşənbə günü səhər saatlarında pilotsuz təyyarələrdən istifadə edərək işğal olunmuş Fələstinin mərkəzində sionist rejimin mövqesinə hücum etdiyini açıqlayıb.
İraqın İslami Müqaviməti qruplaşması çərşənbə günü səhər “Əqsa tufanı” əməliyyatına dəstək olaraq sionist rejimin mövqelərinə hava hücumu təşkil etdiyini elan edib.
Bu bəyanatda işğalçı rejimə qarşı əməliyyatların davam etdirilməsi vurğulanarkən bildirilir ki, bu hücum Livan və Qəzzə xalqının sionistlər tərəfindən soyqırımına qarşı onlara dəstək məqsədilə həyata keçirilib.
İraqın İslami Müqavimət Qrupu bundan əvvəl də ötən bir ildə sionist rejimin Qəzzəyə qarşı cinayətlərinə cavab olaraq müxtəlif pilotsuz təyyarələr vasitəsilə işğal olunmuş Fələstindəki mühüm sionist hədəflərə hücum etmişdi.
Qafqaztimes
Al-alam