İraq müqaviməti sionist rejimin işğal etdiyi Eylatı dron hücumlarına qoması barədə bəyanat yayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İraq Müqavimətinin bu gün (18 noyabr) yayımladığı bəyanatda deyilir: Livan və Fələstin xalqına dəstək məqsədilə işğalçılar əleyhinə Ummuş Rəşraş (İlat) şəhərinin həssas obyektlərini uçuşsuz aparatlarla hədəfə aldıq. Sionist rejimin Fələstin və Livan xalqına qarşı törətdiyi cinayətlərin cavabı və soyqırım siyasəti bitməyənə qədər biz də hücumlarımızı dayandırmayacağıq.
Qeyd edək ki, İraq müqavimət dəstələri son bir həftə ərzində sionist rejimə ağır zərbələr vurub.