İraq İslami Müqavimət qrupları sionist rejim əleyhinə əməliyyatları çərçivəsində sənaye şəhəri olan Həyfanın elektrik stansiyasına dronla hücum edib.
İRNA-nın məlumatına əsasən, İraq İslami Müqaviməti bu gün (29 avqust) bəyanat yayaraq işğal olunmuş Fələstində sənaye şəhəri Həyfanın Əlvən Tafur elektrik stansiyasını dronla hədəfə aldığını elan edib.
Bəyanatda deyilir: İşğalçılarla mübarizə və qoca, uşaq və qadınları soyqırımına məruz qoyulan Qəzzə xalqına dəstək məqsədilə bu gün 29 avqust səhər çağlarında Əlvən Tafur elektrik stansiyasına dronlara hücum etdik.
İraq İslami Müqaviməti bu bəyanatda düşmənin infrastrukturlarına zərər vurma prosesini davam etdirəcəklərini də vurğulayıblar.
Xatırladaq ki, ötən bazar ertəsi günü İraq İslami Müqaviməti Həyfada önəmli bir mövqeyi hədəfə aldığını elan etmişdi.