İraqın İslami Müqaviməti bu gün (şənbə) işğal altındakı Colandakı İsrail hədəflərinə iki pilotsuz təyyarə hücumu təşkil etdiyini açıqlayıb.
Bu xəbərə görə, İraq İslami Müqaviməti bəyanat yayaraq, bu gün ikinci dəfə işğal altındakı Colanda həyati əhəmiyyətli bir hədəfin pilotsuz təyyarə ilə hücuma məruz qaldığını açıqlayıb.
Daha əvvəl müqavimət qüvvələrinin döyüş mediası bu barədə məlumat vermişdi ki, İraq İslami Müqaviməti bu gün səhər saatlarında Fələstin xalqına kömək etmək və sionistlərin dinc əhalini öldürməsinə cavab vermək məqsədi ilə işğal olunmuş Colandakı sionist rejimin həyati hədəfinə qarşı pilotsuz təyyarə ilə əməliyyat keçirib.
İraq İslami müqaviməti dünən səhər (cümə) də intiharçı pilotsuz uçan aparatla işğal altındakı Umm əl-Rəsrəş (Eylat) limanını hədəf alıb.
Qafqaztimes
Al-alam