Əl Nücəba İraq İslami Müqavimət Hərəkatının sədri Amerika ilə hələ tökülən qanlarımızın hesabının bitmədiyini vurğulayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Şeyx Əkrəm Əl Kəəbi dünən (25 fevral) deyib: İraq İslami Müqavimətinin Amerika və sionistlərlə mübarizəsində hələ hesabı bitməyib və müşahidə olunan sakitlik isə tufandan öncəki aramlıqdır. İşğalçılar İraq torpağında tökülən bircə damla qana görə peşman olacaqlar. Çünki biz təkcə intiqamla kifayətlənməyəcək, ona uyğun hesabımızı da bitirəcəyik.
Əl Kəəbi sonra deyib: İraq müqaviməti ölkəsini işğalçılardan azad edəcək, sionist düşməni hədəfə almaqla Fələstin xalqını mübarizə meydanında tək qoymayacaq.
Əl Kəəbi həmçinin Qəzzə müharibəsi başlandığı gündən İraqda da qanlar fəda etdiyini qeyd edərə deyib: Bütün müqavimət dəstələri arasında dəqiq proqramlaşdırılmış sıx əlaqə və vəhdət mövcuddur. Biz düşmənlə kompromisə getməyəcək, mövqeyimizdən dönməyəcək, Qəzzəyə arxa duracaq və işğalçıları vətənimizdən qovmayana qədər sakit oturmayacağıq.
1 şərh
purchase motilium pills cheap sumycin 500mg order sumycin 500mg pill