İraq Milli Hikmət Hərəkatı lideri Seyid Əmmar Həkim Beynəlxalq Qüds Gününün Qüdsün yəhudiləşdirilməsi ilə mübarizə aparmaq üçün bir fəryad olduğunu vurğulayaraq deyib: Bu gün əslində Fələstin torpaqlarına bağlılığı və onu heç bir şəraitdə tərk etməmək üçün fəryadıdır.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata görə, Beynəlxalq Qüds Günü sionist rejimin bu torpaqda həyata keçirdiyi hər cür qətl, dağıntı, aclıq-susuzluq, məhvetmə və yəhudiləşdirmə planlarına qarşı qəti müxalifəti təmsil edir.
Seyid Əmmar Həkim həmçinin qeyd edib: Beynəlxalq Qüds Günü müsəlman xalqlarının və dünyanın azad insanlarının bu dəyərli hadisənin dirçəlməsində fəal iştirakı İslamın və müsəlmanların kimliyini əks etdirən bu mübarək diyarla qürur hissini ifadə edir.