İraq “Əsaibəl Həqq” Hərəkatının baş katibi Amerika hərbi qüvvələrinin ölkədən çıxmaq zərurətini vurğulayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Şeyx Qeys Əl Xəzəli deyib: İraq baş naziri Məhəmməd Şiya Əl Sudaninin Vaşinqtona səfəri o zaman uğurlu hesab edilə bilər ki, xarici hərbi qüvvələrinin ölkədən çıxarılması barədə müsbət nəticələr əldə edilmiş olsun.
Xəzəli həmçinin ABŞ mediaları İŞİD-ın İraqa geri dönmə təhlükələri barədə reklam cəhdləri bihudə olduğunu vurğulayaraq deyib: Müqavimətin xarici qüvvələrə lazımi cavablar verə bilməsi üçün kifayət qədər hərbi texnikası var və diplomatik üsullarla ölkədən çıxmasalar, hərbi səhnəyə hazır olmalıdırlar.
İŞİD-ın beynəlxalq dəstəklərlə yaranmasını qeyd edən Xəzəli xatırladıb: İraq xalqı bu planları məğlub etdiyi üçün bir daha bu təhdidlərin öhdəsindən lazımınca gəlmə potensialına malikdir.
Sionist rejimin Qəzzə cinayətlərini təəssüfləndirici adlandıran Xəzəli həmçinin deyib: Bu, qəbuledilməz bir zülmkarlıqdır və dünya xalqlarının susması düzgün deyil. Çünki bu, bəşəryyət aləminin üzqarasıdır.