İranın müdafiə naziri son günlərdə ölkəsinə qarşı təhdidlərə reaksiya olaraq düşmənlərin bu qəbildən olan hədələrinin yeni bir şey olmadığını, hər hansı bir həyasızlığa mümkün cavabın veriləcəyini vurğulayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Əmir Nəsirzadə dünən (9 fevral) İslam İnqilabı qələbəsinin 46-cı ildönümünə həsr olunmuş nümayiş zamanı deyib: ABŞ prezidentinin Donald Trampın rəhbərlik etdiyi administrasiya ilə danışıqların mümkünsüzdür. Çünki Vaşinqton əvvəlki razılaşmaları heç vaxt yerinə yetirməyib.
Əmir Nəsirzadə əlavə edib: Amerikalılar cəfəngiyyat danışırlar. Biz sanksiyalar və təhdidlər şəraitində danışıqlar aparmırıq. ABŞ-nin indiki hökuməti ilə danışıqlar aparmaq mümkün deyil. Biz onları qəbul etmirik.
Qeyd edək ki, fevralın 4-də Tramp İrana qarşı ABŞ-nin maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb. Fərman, xüsusilə, Vaşinqtonun İran neftinin ixracının azaldılmasına yönəlmiş səylərinin aktivləşdirilməsini nəzərdə tutur. Tramp eyni zamanda İran prezidenti Məsud Pezeşkianla görüşün mümkünlüyünü də istisna etməyib.
