QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının Təhlükəsizlik Naziri Höccətül-islam Seyid İsmayıl Xətib Yəzd əyalətinin təhlükəsizlik şurasının iclasında deyib: “Düşmən bu gün İslam İnqilabı ilə hərtərəfli, soyuq müharibə, texnoloji vasitələr və kiber məkan vasitəsilə öz düşmənçiliyini davam etdirməyə çalışır. Amma müdrik və tədbirli rəhbərimizin göstərişi, bütün məmurların və xalqın həmrəyliyi ilə 1388-ci il fitnəsində olduğu kimi bu düşmənçiliklərin də qarşısı alınacaqdır.”
O, sözlərinə belə davam edib: “Bir neçə ildir ki, İran və ilahi inqilabla mübarizə aparmaq üçün hədsiz xərclər çəkmiş amerikalılar indi zillətlə bölgəni tərk etməyə məcbur olublar. Sionist rejimi də regionda olmayan təhlükəsizliyini qorumaq üçün əbəs cəhdlər göstərir. Amm bütün bunlar uğursuzluğa düçar olacaq.”
O, həmçinin belə qeyd edib: “Xoşbəxtlikdən, Allahın lütfü və ölkənin bütün silahlı qüvvələrinin və kəşfiyyat orqanlarının səyləri sayəsində sabit təhlükəsizliyimiz vardır və bu sabit təhlükəsizlik iqtisadi, sosial, mədəni və siyasi fəaliyyətlər üçün əlverişli şərait yaratmışdır.”