İran İslam Respublikasının xarici işlər naziri yaponiyalı həmkarı ilə telefon danışığında Tehran-Tokio diplomatik əməkdaşlıqlarının yeni aspektləri müzakirə edilib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian dünən axşam (12 aprel) yaponiyalı əməkdaşı Hayaşi Yusi Masa ilə telefon söhbətində ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün qarşılıqlı görüş keçirilməsinin zəruriliyini vurğulayıb.
Yaponiyanın XİN başçısı da Əmir Abdullahianı Tokioya rəsmi səfərə dəvət edərək bu əməkdaşlıqların genişlənməsini müsbət qarşılayaraq Vyana müzakirələrinin təkmilləşməsinə böyük kömək olacağını vurğulayıb.
İran və Yoponiya XİN-ləri ikitərəfli əməkdaşlıqların genişləndirilməsi zəminində fikir mübadiləsi aparıblar.
Yaponiyanın XİN başçısı həmçinin deyib ki, İran-Yaponiya əlaqələrinin möhkəmləndirilməsi nailiyyətləri Yaxın Şərq və Asiyanın stabilliyi və təhlükəsizliyinə böyük kömək edəcək və iki ölkənin müştərək maraqlar üzrə iradə və baxışlarını müşayiət edəcək.