ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Haley İranı tənqid atəşinə tutduğu videoda 2024-cü il prezidentliyə namizədliyini rəsmi surətdə elan etdi.
Əl-Aləm telekanalının məlumatına əsasən, Amerikanın keçmiş prezidenti Donald Trampın dövründə BMT-yə rəsmi nümayəndə seçilmiş 51 yaşlı Haley 213 saniyəlik videoda hindistan mənşəli olduğunu, respublikaçıların yeni nəsli kimi özünü prezidentliyə ən yaxşı namizək kimi qələmə verib.
Bu videoda Haley Co Bayden və demokratları dəfələrlə tənqid atəşinə tutaraq, eyhamla bir çoxlarını şeytan və apparteid adlandırıb.
Niki Haley həmçinin bu videoda İran və Çin əleyhinə radikal mövqe nümayiş etdirərək rəsmi Pekin və Tehrana ağır ittihamlar yağdırıb.
