İran İslam Respublikası Xİn sözçüsü bir daha Danimarkada Qurani Kərimə qarşı hörmətsizliyin qəbuledilməz olduğunu vurğulayıb.
Fars İnformaisya Agentliyinin məlumatına əsasən. Nasir Kənani dünən (27 mart) Danimarkada mübarək ramazan ayıda ifratçı qruplaşma tərəfindən Qurani Kərimə ehtiramsızlıq olunduğuna kəskin reaksiya verib.
XİN sözçüsü insan hüquqları iddiaçısı Avropa ölkələrində müşahidə olunan müsəlmanların müqəddəslərinə hörmətsizliyin təkrar olunmasını pisləyərək xəbərdarlıq edib: Bu rəftar dini müqəddəslərə hörmətin bütün cəmiyyətlər və əlaqədar qanunlarda qəbul edildiyi və qanuni bir məsələ olduğu bir halda baş verib. Şübhəsiz, bir milyard yarımdan çox müsəlmanın müqəddəsliklərinə qarşı hörmətsizlik sayılan belə bir hərəkətin dini və məzhəbi nifrət və nifrətyaymadan başqa heç bir nəticəsi olmayacaq.
Kənani həmçinin vurğulayıb: İran və digər müsəlman ölkələr Danimarka dövlətindən bu nalayiq rəftarlara son qoyulmasını tələb edir.