İranın BMT-dəki daimi nümayəndəsi Nyu Yorkda Təhlükəsizlik Şurasının iclasında İsrail rejiminin cəzalandırlmamasını onun daha da həyasızlaşaraq vandallaşmasına gətirib çıxardığını deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əmir Səid İrəvani dünən axşam (29 oktyabr) TŞ iclasındakı çıxışında başda Fələstin məsələsi olmaqla Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqədar deyib: Dünya ictimaiyyətinin gözü qarşısında baş verən sionist rejimin çoxsaylı cinayətləri, Fələstin və Livanda soyqırımı siyasətlərinin cəzasız qalması onları daha da həyasızlaşdırmaqla günü-gündən təcavüzkarlıqlarının artmasına səbəb olur.
İrəvani sonra qeyd edib: İşğalçı aparteid rejimi həqiqətən də dünya təhlükəsizliyi və sülh üçün zərərlidir. TŞ-nin beynəlxalq bir təşkilat olaraq bu cinayətlərin qarşısını almağa dəvət edir, müharibə, soyqırımı, qətllər və bütün təcavüzkarlıqların qarşısını ala biləcək bir qətnamə təsdiqləməsini istəyirik.