İran XİN sözçüsü sionist rejim hərbçilərinin Qəzzə zolağının mərkəsində yerləşən Əl Nuseyrat düşərgəsinə amansızca qanlı hücumlarını kəskin qınayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani bu gün (8 iyun) deyib: Ən dəhşətli beynəlxalq cinayətlər, o cümlədən müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və vətəndaşların, qadınların və uşaqların kütləvi şəkildə öldürülməsi, düşərgələrə, məktəblərə, məscidlərə, xəstəxanalara, universitetlərə, kilsələrə hücumlar, əsirlərin öldürülməsi, jurnalistlərin məqsədyönlü şəkildə öldürülməsi, aclıq və qıtlıq silahlarının tətbiqi, bir milyondan çox Qəzza əhalisinin məcburi didərgin salınması, humanitar məsələlərdə fəal olan beynəlxalq təşkilatların əməkdaşlarının öldürülməsi və s. sionist rejimin son 245 gündə Qəzza zolağında törətdiyi hərbi cinayətlərin bir hissəsidir. Bu cinayətlərə susqunluqla cavab vermək Fələstində soyqırımının davam etməsinə şərait yaratmaq deməkdir.
