İranın Cenevrədəki səfiri bu gün (29 fevral) BMT insan haqları iclasında Qərb ölkələrinin dəstəyinə rəğmən, işğalçı İsrailin özünümüdafiə üçün heç bir qanuni haqqı olmadığını vurğulayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əli Bəhreyni deyib: Hələ işğalçı rejimin vəhşiliklərinin qarşısını ala və məzlum Fələstin xalqının canını qoruya bilmədiyimiz üçün hamımız müqəssirik. Halbuki sionist rejimin cinayətləri günü-gündən artmaqdadır.
Əli Bəhreyni vurğulayıb: İşğalçı rejimlə Fələstin xalqınının hüquqlarının eyni tərəzidə ölçülməsi düzgün deyil. İsrail bütün beynəlxalq təzyiqlərə baxmayaraq özünü haqlı qələmə verir. Halbuki heç bir qanuni əsaslandırması ola da bilməz.
1 şərh
rt0bok