Qafqaztimes xəbər verir ki, Rusiyanın RİA Novosti xəbər agentliyi bazar ertəsi İran, Rusiya və Çinin Fars körfəzində birgə hərbi dəniz təlimləri keçirəcəklərini bildirib.
Xəbərə görə, Rusiya Federasiyasının Tehrandakı səfiri Lavan Caqarian, İran, Rusiya və Çin hərbi donanmalarının 2021-ci ilin son günlərində və ya 2022 -ci ilin əvvəllərində Fars Körfəzində hərbi təlimlər keçirəcəyini açıqlayıb.
Bu hərbi təlimdə üç ölkənin ordusundan olan hərbi gəmilər iştirak edəcək və təlimdə dəniz təhlükəsizliyi və piratçılığa qarşı mübarizə məsələləri əsas yer alacaqdır.
RİA Novostinin məlumatına görə Caqarianın həmçinin deyib: “Rusiyanın İranla hərbi-texniki əməkdaşlığının 50 ildən çox yaşı vardır. Bu əməkdaşlıq qarşılıqlı fayda və Rusiyanın silah ticarəti sahəsindəki beynəlxalq tələblərə xüsusi diqqəti əsasında inkişaf edir. Hamının bildiyi məhdudiyyətlərin ləğv edildiyini nəzərə alaraq, Rusiya tərəfi İranın tərəfdaşları ilə bütün hərbi məhsullarla bağlı konstruktiv danışıqlara girdi.”