İran XİN başçısı Amerikaya regionda gərginlik ardınca olmadığı mesajını verdiyini deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahin bu gün (18 aprel) Nyu Yorka səfərinin ilk anında deyib: Qəzzədə vəziyyətin kulminasiya həddinə çatdığını nəzərə alaraq regionda baş verən hadisələr Təhlükəsizlik Şurasında gündəmə gətiriləcək önəmli məsələlərdir.
Təhülskəzilik Şurasınının iclasında iştirak üçün Nyu Yorka səfər edən Hüseyn Əmir Abdullahian həmçinin bu iclasda regionda baş verən hadisələr, İranın sülhsevər niyyəti, Qəzzə müharibəsinin dərhal dayandırılması, müharibə nəticəsində yaranmış təəssüfləndirici humanitar vəziyyət və Fələstin dövlətinin qurulması məsələlərinin gündəmə gətiriləcəyi və İranın bu zəmində mövqeyinin şəffaflandırılması barədə çıxış edəcəyini də qeyd edib.
Qeyd edək ki, İran XİN başçısı Hüseyn Əmir Abdullahiyanın həmçinin BMT-nin baş katibi, müsəlman ölkələrinin nümayəndələri və bir sıra xarici rəsmilərlə görüşü nəzərdə tutulub.
Təhlükəsizlik Şurasının bu gün keçiriləcək iclasında Yaxın Şərqdəki son hadisələr, o cümlədən Qəzzadakı vəziyyət müzakirə olunacaq.
Sessiyada İran və İsrail arasında artan gərginliyə də toxunulacağı gözlənilir.
2 şərhlər
Your blog is a beacon of light in the often murky waters of online content. Your thoughtful analysis and insightful commentary never fail to leave a lasting impression. Keep up the amazing work!
p2821i