İran xarici ilşər nazirliyinin sözçüsü deyib: İnsan Haqları Şurasının 52-ci islasında İran İslam Respublikası əleyhinə qətnamə layihəsinin qərəzli və qəbuledilməzdir.
Əl Aləm telekanalının məlumatına əsasən, Nasir Kənani məlum layihəyə etiraz əlaməti olaraq deyib: Rəsmi Tehran İnsan Haqları Şurasının 52-ci iclasında İran əleyhinə qərəzli, ayrı-seçkilik, düşmənçilik və siyasi məqsədlərlə hazırlanmış layihəni rədd edir.
N.Kənani həmçinin deyib: Bu qətnamədə yazılmış sözlər İranda insan haqlarının pozulması zəminində Qərbin ön yarqıları və tələsik qərarlarından mənşələnir, bəzi Qərb ölkələrini qabarıq göstərmək üçün İranı zəif qələmə vermək məqsədini daşıyır.
Kənani BMT-nin bəzi üzv ölkə siyasətləri mənafeyinə öz səlahiyyətlərindən sui-istifadə etməsini pis vərdiş adlandıraraq qeyd edib: İnsan Haqları Şurası BMT-nin insan hüquqlarını müdafiə etməsi üçün özək qurumudur və bu xüsusda ədalətli qərarların verilməsi zəruri olduğu halda səlahiyyətlərindən bəzi Qərb ölkələrinin mənafeyi üçün qərəzli qərarlar qəbul edilməsi, İran tərəfindən bəyənilməzdir.