İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bugünkü mətbuat konfransında Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin sentyabrın 9-da keçirdiyi “seçkilər” barədə suala cavabında deyib.
“İranın mövqeyi aydın, sabit və şəffafdır. İranın Qarabağ ərazisi ilə bağlı mövqeyi heç kimə sirr deyil. Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir və bu bölgənin sakinlərinin hüquqları və təhlükəsizliyi konkret çərçivədə müəyyən edilməli və təmin edilməlidir. Bu bizim aydın mövqeyimizdir. Biz hər zaman ölkələrin ərazi bütövlüyü, milli suverenliyinə hörmətlə yanaşmağın və hər hansı gərginlik yaradan hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayırıq”, – Kənani qeyd edib.
XİN rəsmisi əlavə edib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə qarşıdır.