QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi ötən gün Qurani Kərim xadimlərinə həsr olunmuş tədbirdə Qüds günü ilə bağlı danışarkən deyib: “İmam Xomeyni(r.ə) müqəddəs Ramazan ayının sonuncu cüməsini Qüds günü kimi bizə qiymətli yadigar qoydu. Qüds günü bütün dünya məzlumlarının, möminlərin ümid günüdür. Bu, müqəddəs Qüdsün azad edilməsini və saxta sionist rejimin məhv edilməsini və Qurana bağlı olanların qələbəsini vəd edən bir gündür və biz bu bəşarəti Quranın nurlu ayələrindən əldə edirik.”
O, həmçinin vurğulayıb ki, fələstinli mücahidlərin meydanlarda əldə etdikləri üstünlüklər Qurandan öyrəndikləri maarifin sayəsindədir, əks halda hərbi silah sürsat, təchizat, pul və imkanlar qarşı tərəfdədir. Fələstin cavanlarının, eləcə də Livan, Əfqanistan, Yəmən xalqının şüarı budur ki, Qurani Kərimə ümid bəsləyiblər.
Seyid İbrahim Rəisi şəhidlər məktəbinin ixlas, dözümlülük, müqavimət, Qurana və İmamlara məhəbbətlə tanınmasının lazım olduğunu vurğulayaraq bəyan edib: Allah taala İslam ümmətində ümid və əmin-amanlığı, düşmənlərə qarşı mübarizə və müqavimət ruhunu və bu istiqamətdə düşmənlərin məyusluğunu nəsib etsin.”