QafqazTimes xəbər verir ki, İran İslam Respublikası Ordusunun Baş Komandanı, general-mayor Seyid Əbdülrəhim Musəvi sionist rejim rəsmilərinin bəyanatlarına toxunarkən deyib: “Siyasi ixtilafların güclənməsi və bir tərəfdən daxili legitimlik böhranının ortaya çıxması, digər tərəfdən isə regional etibarsızlıq hissinin yaranması ilə sionist rejim hakimiyyət orqanları boşboğazlığa əl atıb.”
Ordunun Baş Komandanı Netanyahunun İran İslam Respublikasına qarşı təhdidlərinə toxunaraq bildirib: Bu gün sionist rejim siyasi və təhlükəsizlik böhranı içərisindədir və ciddi daxili və xarici təzyiqlər altındadır. Bundan əlavə rejim məmurlarının fəsadları, korrupsiya və əxlaqi qalmaqalları və fələstinli müqavimət qrupların güclənməsi sionist rejimi üçün kritik vəziyyət yaradıb.
General-mayor Musəvi əlavə edib: Daxili ixtilaflar, vəhşət və təhlükəsizliyin olmaması indiki mərhələdə sionist rejimin başlıca xüsusiyyətləridir və bu amillər bu rejimin fələstinlilərə qarşı zorakılıqlarını və İran İslam Respublikasına qarşı vəhşətlə müşayiət olunan ritorikalarını artırıb.
İran İslam Respublikası Ordusununun Baş Komandanı işğal olunmuş ərazilərin sakinlərinə xəbərdarlıq edərək deyib: Bu gün sionist rejim beynəlxalq hüququn geniş şəkildə pozulması, fələstinlilərə qarşı cinayətlərin geniş vüsət almasına və ölkədə davam edən cinayətlərə görə dünyanın ictimai rəyi tərəfindən daha çox nifrətlə qarşılanır və bu fakt işğal olunmuş ərazilərin sakinlərində tamamilə etibarsızlıq hiss yaradır.
O, həmçinin bildirib: Sionist rejim rəhbərlərinin boş təhdidləri əsasən rəqib partiyanın ifratçılığından təsirlənir. Bu rejimin başçıları yaxşı bilirlər ki, hər hansı bir təcavüzkar addım atılarsa, İranın sarsıdıcı cavabı qarşısında qəti şəkildə dayana bilməyəcəklər!
4 şərhlər
порно чат с девушками бесплатно. Click Here:👉 http://rt.livepornosexchat.com/
First of all, thank you for your post. casinocommunity Your posts are neatly organized with the information I want, so there are plenty of resources to reference. I bookmark this site and will find your posts frequently in the future. Thanks again ^^
Why couldn’t I have the same or similar opinions as you? T^T I hope you also visit my blog and give us a good opinion. casinocommunity
I’ve been troubled for several days with this topic. majorsite, But by chance looking at your post solved my problem! I will leave my blog, so when would you like to visit it?