İran XİN başçısı İslam Ölkələrinin 15-ci sammitində müsəlman ölkələrinin Qəzzə müharibəsindəki rolunun tarixə yazıldığını, sionist rejimlə olan əlaqələrin davam yaxud kəsildiyinin gələcək nəsillərə necə təsir edəcəyini, bu rejimin fələstinlilərə soyqırımını necə yaşatdığı və islam ölkələrinin bu şəraitdə hansı qərarlarla tarixə düşəcəyindən danışıb.
İRNA-nın məlumatına əsasən, Hüseyn Əmir Abdullahian dünən axşam (4 may) Qambiyanın paytaxtı Bancul şəhərində keçirilən sammitdəki çıxışında İsrail rejiminin cinayətlərini pisləyərək islam ölkələri arasında vəhdətin güclənməsi və sionist rejim əleyhinə lazımi tədbirlərin görülməsini vurğulayıb.
Əmir Abdullahin həmçinin deyib: Şübhəsiz ki, bu hadisənin baş tutması zaman tələb edir. Amma Fələstin xalqına qarşı soyqırımından mənşələnən problemlər qarşısında müsəlman ölkələrinin ayağa qalxması zəruridir. Bütün bunlardan əlavə, islam ölkələrinin bu soyqırımı qarşısındakı mövqeyi tarixə yazılacaq və gələcək nəsillərin analizinə çevriləcək.
İran XİN rəhbəri həmçinin Qəzzə müharibəsində işğalçı İsraillə istər diplomatik əlaqələrini kəsən, istərsə də maddi-mənəvi və humanitar yardımlarını əsirgəməyən, Fələstin xalqına dəstək olan ölkələrə öz minnətdarlığını bildirib.
2 şərhlər
Punter Guide escort guide offers sex clubs. https://fernandojwit03570.wikimillions.com/3144566/punter_guide_escort_guide_offers_sex_clubs_brothels_sauna_escort_agencies
Punter Guide escort guide offers sex clubs. https://charlieymzm79257.wikijm.com/678858/benefits_of_hiring_escorts_in_dubai