İran XİN başçısı ölkəsinin müzakirələrə hazır olduğunu elan edərək MAQATE Hakimlər Şurasının Tehran əleyhinə qətnamə qəbul edəcəyi təqdirdə onları sevindirməyək ciddi tədbirlər görüləcəyindən xəbər verib.
İRNA-nın məlumatına əsasən, Seyid Abbas İraqçi dünən gecə (16 noyabr) televiziya proqramında deyib: Regiona səfərlər zamanı biz xüsusi şəraitdəydik. Belə ki, bu səfərlər sionist rejimin Livana hücumu, Seyid Həsən Nəsrullahın şəhadəti günlərini yaşayırdıq və İranın bu məsələlərə reakisyası zəruri idi.
Seyid Abbas Əraqçi əlavə edib: Amma biz Doğru Vəd 2 əməliyyatı ilə təcavüzkarlara qəti cavablarımızı verdik və sionist rejimə doğru atdığımız raketlərin 90%-i hədəfə tuş gəldi və bu bizim uğurumuzdur.
İran XİN başçısı həmçinin qeyd edib: Çox ehtimalla nüvə məsələsində Avropa ilə müzakirələrimizə yenidən başlayacağıq. Amma Məsqət müzakirələri hələlik dayandırılıb. Çünki biz ABŞ-ın yeni dövlətinin nə qərara gələcəyini gözləyirik və bu qərarlara əsasən son qərar verəcəyik.
1 şərh
1xbet promo code: MENBONUS https://bit.ly/m/1xBET