İranın BMT-dəki daimi nümayəndəliyi İsraildən intiqam almaq üçün Qəzzədə atəşkəs danışıqlarının nəticəsinə uyğun olub-olmaması barədə jurnalistlərin sualını “İntiqamımız İsrailin ehtimal etmədiyi qədər olacaq” – deyə cavablandırıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İranın BMT nümayəndəliyi “Wall Street Journal” qəzetinə cavab olaraq bildirib ki, İran atəşkəs danışıqların nəticəsini gözləyir və intiqam cavabını qəsdən təxirə salır. İranın cavabı isə iki prizmadan veriləcək: 1. İranın ərazi bütövlüyü və suverenliyinin pozulması və 2. İran torpağında terror aktı törədilməsi.
BMT nümayəndəsi həmçinin deyib: İran bu terrora elə cavab verəcək ki, İsrail regionda öz yerini bilsin və bu cavab onun cürətini azaldaraq bu kimi aktlara qarşı ehtiyatlı olaraq Tehrandan çəkinsin.
İran diplomatı həmçinin bu cavabın İsrailə peşmançılıq gətirəcəyini vurğulayaraq qeyd edib: Bu cavab hökmən İsrailin atəşkəsdən yayınmasına təsir etməyəcəyi zaman veriləcək.
1 şərh
priligy 60 mg price The treatment can be observation or surgical intervention