QafqazTimes xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Pakistanın ev sahibliyi etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak edib.
O, çərşənbə axşamı Tvitter hesabında yazıb: “İƏT Xarici İşlər Nazirlərinin Pakistanda keçirilən 48-ci iclasında İran İslam Respublikası adından iştirak etməkdən çox şadam.”
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin vurğulayıb: “Fələstin İslam dünyasının əsas prioriteti olub və olacaq və heç kim bu amalla paralel olaraq İsrailin apartayd rejimi ilə barışa bilməz. Yəməndən Əfqanıstana qədər İslam dünyasının birliyi hazırkı böhranların həlli üçün açardır.”
İranın xarici işlər naziri dünən axşam iraqlı həmkarı ilə təmasda İslam Əməkdaşlıq Təşkilatının iclasına toxunaraq, İslam Əməkdaşlıq Təşkilatını həmrəyliyə kömək edəcək və İslam ümmətinin empatiya mühitini gücləndirəcək məsələlərə diqqət yetirməyə çağırıb.