İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib: İranın təhlükəsizliyi təhdidlərə məruz qalarsa, regionunun təhlükəsizliyinə xələl gətirən və onların havadarları qəti cavablandırılacaq.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, general-mayor Məhəmməd Baqiri bu gün (20 fevral) İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının 19-cu Böyük Peyğəmbər (s) təliminin yekun mərhələsində jurnalistlərə deyib: Sionist rejimin iştirakı da istisna edilməyəm düşmənin hər hansı bir səhvi hamını təhlükə altına salacaq.
İran İslam Respublikasının hava hücumundan müdafiəsi ən yüksək hazırlıq vəziyyətdə olduğunu qeyd edən Məhəmməd Baqiri əlavə edib: İslam Respublikası silahlı qüvvələrinin hava hücumundan müdafiəsi hücum hazırlığının tam zirvəsindədir.
General mayor Baqiri İranın raket istehsalı da fasiləsiz olaraq çox yüksək kəmiyyət və keyfiyyətlə davam etdiyini də vurğulayıb.
