QafqazTimes.com FNA-ya istinadən xəbər verir: İranın Azərbaycandakı sabiq səfiri Möhsin Pak Ayin İran tərəfinin Zəngəzur koridorunun açılışına müsbət baxdığını deyib. Sabiq səfir deyib: İran məsullarının mövqeyi göstərir ki, Tehran tarixi-ənənəvi yolların fəallaşmasına müxalif deyil. Azərbaycan-Ermənistan münasibətləri normallaşsa, qədim yollar işə düşsə, regionun təhlükəsizliyi təmin olunacaq. Beləcə İran-Azərbaycan sərhədlərinə sabitlik hakim olacaq.
Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Ermənistan razılıq verməsə belə Zəngəzur koridoru açılacaq. Bu barədə 9 bəndlik razılaşmada qeyd olmasa da, Bakı koridorun açılışında israrlıdır.
