İran İslam Respublikası hərbi dəniz qüvvələri “Marshal” bayrağı altında ölkənin sahil sularına doğru hərəkət edən ABŞ gəmisini Oman dənizinə doğru istiqamətləndirib.
İRNA İnformasiya Agentliyinin bu günə (27 aprel) olan məlumatına əsasən, dünən gecə saatllarında Fars Körfəzi sularında bir neçə kəşfiyyat qayıq və personalın itkin düşməsindən sonra sahil istiqamətə doğru gələn Marshal bayraqlı gəmisi Oman dənizinə doğru yönəldilərək saxlanılıb.
Hadisə bir naməlum gəminin Fars Körfəzində bir qayıqla toqquşmasından sonra baş verib. Bu toqquşmada 2 nəfər itkin düşüb və bir neçə nəfər yaralanıb. Naməlum gəmi beynəlxalq öhdəliklərə zidd rəftarlar edərək MRCC dəniz qüvvələrinin əməkdaşlığı ilə Oman dənizi istiqamətinə yönəldilib.