İran XİN sözçüsü Azərbaycan Respublikası ilə müzakirələrin müsbət nəticələr verdiyini deyib.
İRNA-nın məlumatına əsasən, Nasir Kənani mətbuat konfransında Tehranın Azərbaycanla bağlı siyasətinin gərginliyi azaltmaq və münasibətlər prosesini birgə əməkdaşlığa əsaslanan təbii, dostluq və konstruktiv yola qaytarmaq olduğunu vurğulayaraq deyib: Diplomatik tədbirlərimiz nəticəsində gərginlik nəzarət altındadır və yeni mərhələyə prosesinə başlayacağıq.
Nasir Kənani iki ölkə XİN-ləri arasında 4 mərhələli müzakirələr əsnasında müəyyən razılıqlar əldə edilib və ixtisaslaşmış nümayəndə heyətlərinin görüşlərinin də səmərəli olacağına ümid etdiyini bildirib.
Mətbuat katibi həmçinin Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin rəsmi fəaliyyətininin bərpasının dialoqa ehtiyacı olduğunu və bunun üçün fikir mübadiləsi aparılmasının zəruriliyini qeyd edib.
