QafqazTimes xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə çərşənbə günü axşam tvitter hesabında yazıb: “İsrail rejimi nüvə anlaşmasının bir nömrəli düşməni kimi NPT-ni inkar edir və eyni zamanda Yaxın Şərq və Şimali Afrikada nüvə silahının yeganə sahibidir. Biz bunu bilirik və dünya da bundan xəbərdardır.”
Xətibzadə əlavə edib: “Üç Avropa ölkəsi və ABŞ-ın özünü yuxuya vurmasını dayandırmağın vaxtıdır.”
O, həmçinin əlavə edib: “Onlar ya diplomatiya variantını həyata keçirə, ya da əks istiqamətdə hərəkət edə bilərlər. Biz hər ikisinə hazırıq.”
İran Xarici İşlər Nazirliyinin sözçüsü daha əvvəl verdiyi açıqlamada belə demişdi: “Biz Qubernatorlar Şurası ilə bağlı hər hansı qeyri-konstruktiv hərəkətə qəti və lazımi cavablar verəcəyik. Qubernatorlar Şurası və Baş Direktorun hesabatını təsir rıçaqları və İrana qarşı siyasi oyun aləti hesab edənlər nəticələrə görə məsuliyyət daşıyırlar.”
Reuters ötən gün xəbər verib ki, ABŞ, Fransa, Britaniya və Almaniya İranın nüvə proqramı ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Qubernatorlar Şurasına qətnamə təklifi təqdim ediblər.