QAFQAZTİMES.com PressTV-yə istinadən xəbər verir ki, Humanitar yardım aparan İran təyyarəsi Kabil hava limanına enib. Təyyarə İŞİD-in Əfqanıstanın paytaxtında hərbi xəstəxanaya son hücumu nəticəsində həlak olanların ailələrinə humanitar yardım aparır.
Əfqanlar ən çətin günlərinin şahidi olduğu bir vaxtda İranın Əfqanıstana yardımının 12-ci etapı Kabilə çatıb. Beş ton dərman və beş ton ərzaq da daxil olmaqla bu yardımlar yaralıların müalicəsi üçün nəzərdə tutulub və İŞİD terror qruplaşmasının Kabildə Sərdar Məhəmməd Davud Xan xəstəxanasına hücumu nəticəsində həlak olanların ailələrinə paylanacaq.
Taliban rəsmiləri ölkəyə təcili yardımı təqdir edib və ən bu çətin günlərdə Əfqanıstanın yanında olanlara təşəkkür edib. Yoxsulluqdan, çətinliklərdən əziyyət çəkən insanlar dünya ölkələrindən daha çox yardım gözləyirlər.
İŞİD terrorçularının Kabilin mərkəzində iki güclü partlayışdan sonra 400 çarpayılıq Sərdar Məhəmməd Daud Xan xəstəxanasına hücumu nəticəsində azı 25 nəfər ölüb, 50-dən çox adam yaralanıb. İŞİD hücumları ölkədə aclıq böhranının yaxınlaşdığı bir vaxta təsadüf edir. İran da daxil olmaqla bəzi ölkələr yardım göndərir. Bununla belə, Əfqanıstanda aclıq problemini həll etmək üçün daha çox beynəlxalq yardım lazımdır.
