QafqazTimes xəbər verir ki, “Fələstin online” xəbər agentliyinin məlumatına görə, İordaniyadakı “Müqavimət və Vətəni Müdafiə Milli Şurası” İordaniya hökumətindən sionist rejimlə hər cür əlaqəni kəsməyi, İsrail səfirinin İordaniyadan çıxarılmasını və rejimin Əmmandakı səfirliyinin bağlanmasını və işğalçı rejimlə bu rejimlə bağlanmış bütün müqavilələrin ləğvini tələb edib.
Müqavimətin Müdafiə Şurası verdiyi bir bəyanatda İordaniya hökumətini İordaniya Xarici İşlər Nazirliyinin bu cinayətləri qınaması ilə kifayətlənməməyə və İordaniya xalqının iradəsinə uyğun mövqe tutmağa çağırıb.
Bu şura Ərəb Xalq Qüvvələrini Fələstin xalqına dəstək, Qüds və Məscidül-Əqsanın müdafiəsi üçün nümayiş keçirməyə çağırıb.
Bəyanatda həmçinin ərəblərin Məscidül-Əqsanın təhqir olunması qarşısında rəsmi susqunluğu tənqid edilib.