İordaniya parlamentinin 59 millət vəkili sionist rejim hərbçiləri tərəfindən fələstinli qadınlara qarşı son kobudluqlarına etiraz əlaməti olaraq Tel Əviv səfirinin ölkələrindən getməsini tələb ediblər.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, sentyabrın 4-də İsrail hərbçiləri Əl Xəlildə evlərə hücum edərək fələstinli qadınlardan paltarlarını çıxarmalarını, hər yeri təftiş etmələrini istəyiblər. Bu isə dünya müsəlmanlarının , o cümlədən İordaniya millət vəkillərinin kəskin etirazına səbəb olduğu üçün sionist rejim səfirinin bu ölkədən ixrac olunmasını tələb ediblər.
İordaniya millət vəlilləri quldur İsrail rejimi üçün bu ölkədə yer olmamasını vurğulayıb, saxtakar rejimin anti-humanitar rəftarları, beynəlxalq qanunları pozduğu üçün bütün dünyada rüsvay olunmasını istəyiblər.
Sentyabrın 5-də də işğalçı İsrail qüvvələri Məscidül-Əqsanın qapılarından biri olan Bab Həttədə bu fələstinli qızı qızı bıçaqla hücuma cəhddə ittiham edərək döydükdən sonra onu həbs etmişdi. Namaz qılanlar bu qıza kömək etməyə çalışarkən, işğalçı hərbçilər silahlarını onlara doğru tutaraq, onların yaxınlaşmasına mane olmuş, hadisədən sonra Əl-Əqsa məscidi və Qüdsün köhnə hissəsinin qapılarını bağlamışdılar.
Bu görüntülərin yayılmasından sonra fələstinli qruplar sionistlərin hərəkətlərini pisləməklə yanaşı, işğalçılara qarşı mübarizəni davam etdirmək üçün Fələstin xalqını müxtəlif meydanlarda maksimum iştiraka çağırmışdı.
