İordaniyanın xarici işlər naziri sionist rejimin fələstinlilərə qarşı saysız-hesabsız cinayətlərinə işarə edərək İsrailin Qəzzə körpələrini diri-diri basdırdığını deyib.
İRNA-nın məlumatına əsasən, Əymən Əl Səfədi bu gün (28 oktyabr) Barselonada ispaniyalı əməkdaşı Xoze Manuel Albaros və Aİ rəsmisi Cozep Borrellə birgə keçirdiyi mətbuat konfransında deyib: İsrail cinayətlərini davam etdirməkdən zövq alır. Amma nə üçün dünya ictimaiyyəti buna icazə verir və cinayətlərə göz yumaraq onları bu çirkin təcavüzkarlıqları davam etdirməyə rəğbətləndirir.
Əl Səfədi əlavə edib: İsrail hal-hazırda Qəzzənin şimalında xəstəxanaları blokadaya alıb, humanitar yardımların çatdırılmasına mane olur, körpələri qətl edir, kilsə vəməscidləri viran qoyur bə heç kəs də onu bu əməllərə görə qınamır?