İordaniyanın xarici işlər nazirliyi ABŞ və bir neçə Avropa ölkəsinə işğal olunmuş Qüdsdəki mövcud vəziyyətlə əlaqədar tədbirlər görülməsi barədə xəbərdarlıq edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, sionistlərin Məscidül Əqsada son vandallıqlarının şiddətlənməsi İordaniyanın beynəlxalq dünyaya müraciət etmə zərurəti doğurub.
İordaniya XİN-i həmçinin dünən axşam (4 oktyabr) sionist rejimin Omandakı səfirliyinə etiraz məktubu göndərərək Knesset üzvləri ilə birlikdə digər yəhudilərin Məscidül Əqsaya qanunsuz girişinə mənfi münasibət bildirib.
Rəyul Yəvm qəzetinin yazdığına görə İrodaniya XİN-i bəynatında deyilir ki, sionistlərin günü-gündən artan cinayətlərinə artıq susmaq mümkün deyil və bu xüsusda ciddi tədbirlər görmək lazımdır.