QafqazTimes xəbər verir ki, İsrail qüvvələrinin İordan çayının qərb sahilində fələstinlilərə məxsus bir avtomobili atəşə tutması nəticəsində 3 fələstinli şəhid olub.
Sionist mediası da həmçinin rejim qüvvələrinin Cenin şəhərində 3 fələstinlini qətlə yetirdiyini bildirib.
Məlumatda bildirilir ki, Şabak və İsrail ordusunun birgə qüvvələri bu 3 fələstinlini həbs etmək istəyərkən şəhid edilblər.
Fələstin Fövqəladə Hallar Təşkilatı işğalçı sionist qüvvələrin şəhidlərin cənazələrini ailələrinə verməkdən imtina etdiyini bildirib.
İsrail ordusunun xüsusi təyinatlı bölməsi 3 fələstinlinin şəhadəti ilə tamamlanan bu əməliyyatdan sonra Cenindən geri çəkilib.
İsrailin “Haaretz” qəzeti Cenində keçirilən bu əməliyyat zamanı azı iki rejim əsgərinin də hədəfə alındığını yazıb.