QafqazTimes xəbər verir ki, cümə axşamı 21 yaşlı Bəkir Haşaş Nablusun cənubunda Balata düşərgəsinə hücum zamanı sionist hərbçilər tərəfindən güllələnib.
Əl-Qüds qəzetinin məlumatına görə, sionistlərin düşərgəyə hücumundan sonra ağır toqquşmalar baş verib və sionist hərbçilər güllə və qaz bombalarından istifadə ediblər. Bu zaman sionistlər tərəfindən atılan güllə gənc fələstinlinin başına dəyib.
O, Rafidiya xəstəxanasına aparılsa da, bir neçə dəqiqə sonra aldığı ağır xəsarət nəticəsində şəhid olub.
Digər tərəfdən, Shahab xəbər agentliyi İordan çayının qərb sahilinin qərbindəki “Səfa” kəndindən olan Mustafa Yasin Fətnə (25 yaş) adlı başqa bir fələstinlinin işə getdiyi zaman sionist mühacirlər tərəfindən avtomobillə vurularaq şəhid edildiyini bildirib.
Bundan əlavə bir neçə gün əvvəl sionist hərbçilər İordan çayının qərb sahilində əməliyyat keçirmək bəhanəsi daha ilə bir Fələstin vətəndaşını güllələyərək şəhid etmişlər.