Qafqaztimes Xəbər Agentliyinin məlumatına görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün günortadan əvvəl (çərşənbə axşamı) HƏMAS-ın siyasi rəhbəri cənab İsmayıl Haniyə və Fələstin İslami Cihadının baş katibi cənab Ziad ən-Nəxale ilə görüşü zamanı məzlum Qəzzə xalqının misilsiz dirənişini və müqavimətinə toxunub: Bu gün İslamın ən yüksək bayrağı Fələstin və Qəzzə xalqının əlindədir və bu müqavimət sayəsində İslamın daha çox yayılması üçün zəmin yaranmışdır.
Bu görüşdə cənab İsmail Haniyə İranın yeni prezident seçilməsini təbrik edib, son seçkilərin keçirilməsini islami düşüncəyə əsaslanan demokratiyanın təzahürü kimi qiymətləndirib və cənab Pezeşkian ilə görüşünə toxunaraq deyib: “Bu görüşdə biz bir daha İslam Respublikasının Fələstin məsələsinə və müqavimət hərəkatına qarşı yaxşı və güclü mövqelərinin şahidi olduq və biz bu mövqelərdən qürur duyuruq.”
Mehr
1 şərh
At UVA, you’ll find respected professors, advanced research, an excellent health system, and a successful NCAA Division I athletics program. The college values student self-governance, a passion for the arts, and a lively campus atmosphere.