İslam İnqilabı Aliməqam Rəhbərinin İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin şəhid komandiri, general-leytenant Hacı Qasim Süleymaniyə həsr olunmuş anım mərasimindəki səhərki çıxışı ərəbdilli medialarda böyük rezonansa səbəb olub.
İRNA-nın məlumatına əsasən, Qətərin Əl Cəzirə telekanalı bu gün (1 yanvar) bu çıxışa istinad edərək deyib: Livan və Yəmən müqavimət simvoludur. Onlar qalib gələcək və Amerika böyük biabırçılıqla regionu tərk edəcək.
Əl Cəzirə telekanalı Aliməqam Rəhbərə istinadən yazıb: Suriya hal-hazırda ABŞ, İsrail və region ölkələrinin işğalçılığına məruzdur. Hər hansı bir ölkə fədakar və imanlı gənclərin kənarlaşması ilə Suriyanın taleyinə düçar olacaq və işğalçıların tilovuna düşəcək.
Əl Minar telekanalı Ayətullah Xameneinin Hacı Qasim Süleymani barədə sözlərindən sitat gətirərək yazıb: Şəhid Generalın daimi strategiyası müqavimət cəbhəsinin dirilməsi, İraq, Suriya və Livan kimi ölkələrin potensiallarından işğal siyasətinə qarşı faydalanmaq idi. Bu müqəddəs strategiyada General Süleymani ilə çiyin-çiyinə olan Əbu Mehdi Mühəndisin da rolu danılmazdır.
Əl Məyadin telekanalı yazıb: General Süleymaninin strategiyası müqavimət cəbhəsinin dirçəlişi və hər ölkənin potensiallarına uyğun vətən qüvvələrindən istifadə etmək idi.
Əl Məyadin telekanalı davamında yazır: Suriya Suriya xalqınındır, hücum edənlər bir gün qeyrətli suriyalı gənclərin qarşısında geri çəkiləcək, ABŞ düşərgələri də Suriya gənclərinin ayaqları altında darmadağın olacaq.
Əl Əhd telekanalı Aliməqam Rəhbərin çıxışından sitat gətirərək yazıb: General Süleymaninin daimi bir prinsipi var idi, o da müqavimət cəbhəsi, Suriya, İraq, Fələstin və Müqəddəs məkanların müdafiəsidir.
