Yeni il, mübarək Fitr bayramı və İslam Respublikasının ildönümü münasibətilə Ayətullah Xamenei Ali Məhkəmənin rəisi tərəfindən edilən müraciətə əsasən, məhkumların əfv edilməsi, cəzalarının yüngülləşdirilməsi və ya dəyişdirilməsi ilə bağlı razılıq verdi.
Hüccətülislam Ejei (Ali məhkəmənin rəisi) İnqilab Liderinə yazdığı məktubda ümumi və inqilab məhkəmələri, Hökumət Tə’zirat Təşkilatı və Silahlı Qüvvələrin Məhkəmə Orqanları tərəfindən məhkum edilmiş 1526 nəfər üçün əfv və ya cəzanın yüngülləşdirilməsini xahiş etmişdi.
Qafqaztimes