İslam İnqilabının Ali Rəhbəri, 12 günlük müharibənin şəhidlərinin qırxıncı günü münasibətilə keçirilən anım mərasimində, qlobal istibdadın, xüsusilə də cinayətkar Amerikanın, İslam Respublikasına qarşı əsas düşmənçiliyinin səbəbini İran xalqının Quran və İslam kölgəsi altında olan dini, elmi və birliyində gördüyünü bildirdi.
Qafqaz Times-ın məlumatına görə, sionist rejimin İran xalqına qarşı 12 günlük təcavüzkar müharibəsində şəhid olanların qırxıncı günü münasibətilə bu gün, çərşənbə axşamı, Ali Rəhbərin təşəbbüsü ilə İmam Xomeyni (r.ə.) Hüseyniyyəsində anım mərasimi keçirildi. Tədbirdə şəhid ailələri, müxtəlif təbəqələrdən insanlar, həmçinin bir sıra rəsmilər iştirak etdilər.
Ali Rəhbər çıxışında bu müharibəni İslam Respublikasının iradə və gücünün nümayişi və onun bünövrələrinin misilsiz möhkəmliyinin üzə çıxması adlandırdı və düşmənçiliyin əsas səbəbinin İran xalqının imanına, elminə və birliyinə qarşı olan bədxah qüvvələr olduğunu vurğulayaraq dedi: “Xalqımız Allahın köməyi ilə imanı möhkəmləndirmək və müxtəlif elmləri inkişaf etdirmək yolundan dönməyəcək və düşmənin gözünə ox kimi bataraq, biz İranı tərəqqi və şərəfin zirvəsinə qaldıra biləcəyik.”
Həzrət Ayətullah Xamenei, son müharibədə şəhid olmuş hərbi komandirlərin, alimlərin və əziz xalqın yaxınlarına bir daha başsağlığı verərək qeyd etdi: “İran xalqı, bu 12 gün ərzində qazandığı böyük şərəflərlə yanaşı – ki, bu gün bütün dünya bunu etiraf edir – öz gücünü, dözümünü, qətiyyətini və iradəsini, eləcə də əlindəki imkanları dünyaya nümayiş etdirdi; nəticədə bütün dünya İslam Respublikasının qüdrətini yaxından hiss etdi.”
O həzrət, son müharibənin digər üstünlüklərindən birini də İslam Respublikasının bünövrələrinin misilsiz möhkəmliyinin təcəssümü adlandırdı və əlavə etdi: “Bu hadisələr bizim üçün misilsiz deyildi və İslam Respublikası son 46 il ərzində, səkkizillik məcburi müharibədən əlavə, dəfələrlə çevrilişlər, müxtəlif hərbi, siyasi və təhlükəsizlik fitnələri, zəif iradəli şəxslərin xalqın qarşısına çıxmağa sövq edilməsi kimi hadisələrlə üzləşmiş və düşmənin bütün fitnələrini zərərsizləşdirmişdir.”
İnqilab Rəhbəri, İslam Respublikasının bünövrəsini “din” və “elm” adlı iki sütuna dayandığını bildirərək dedi: İran xalqı və gəncləri bu iki sütuna söykənərək müxtəlif meydanlarda düşməni geri çəkilməyə məcbur ediblər və bundan sonra da eyni şəkildə hərəkət edəcəklər.
O həzrət, qlobal istibdadın, xüsusilə də cinayətkar Amerikanın, İslam Respublikasına qarşı əsas müxalifətinin səbəbini İran xalqının Quran və İslam kölgəsi altında olan dini, elmi və birliyində gördüyünü bildirərək dedi: Onların “nüvə”, “uran zənginləşdirmə” və “insan haqları” adı ilə irəli sürdükləri məsələlər yalnız bəhanədir. Onların əsas narazılığı və düşmənçiliyi, İslam Respublikasının müxtəlif elmi, humanitar, texniki və dini sahələrdə yeni söz söyləməsi və qabiliyyətlər nümayiş etdirməsidir.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, İran xalqı Allahın tövfiqi ilə öz dinini və elmini əsla tərk etməyəcək və əlavə etdi: “Biz dinimizi möhkəmləndirmək, müxtəlif elmlərimizi genişləndirmək və dərinləşdirmək yolunda böyük addımlar atacağıq və düşmənin gözünə ox kimi bataraq, İranı tərəqqi və şərəfin zirvəsinə qaldıra biləcəyik.”
