QafqazTimes xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bir müsahibəsində Zəngəzur dəhlizinin və onun qonşu dövlətlərlə, o cümlədən İranla əlaqələrinin əhəmiyyətini bəyan edib.
Cümə günü Azərbaycan prezidenti İlham Əliyev “Azartaca”a verdiyi müsahibəsində Ermənistan ərazisindən enerji ötürücüsü xətti çəkmək niyyətində olduğunu bəyan edib.
İlham Əliyev deyib: “Bizim dörd qonşu ölkənin hamısı ilə enerji əlaqələrimiz var və hazırda yeni layihə üzərində işləyirik. Biz Zəngzur dəhlizi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyə və İrana yeni xətt çəkməyi planlaşdırırıq.”
Prezident əlavə edib: “Əvvəllər də qeyd etdiyim kimi, Zəngzur dəhlizi təkcə dəmir yolu, avtomobil və hava nəqliyyatı üçün nəzərdə tutulmayıb.”
“Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Biz bunun üzərində işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq”, – deyə prezident İlham Əliyev əlavə edib.
