ABŞ-nin “SpaceX” şirkəti “Falcon Heavy” super ağır raketinin növbəti buraxılışını təxirə salıb. Buna səbəb kimi Florida ştatında əlverişsiz hava şəraiti və tornado xəbərdarlığı olub.
Sosial şəbəkələrdə yayımlanan kadrlarda tufan zamanı ildırımın dəfələrlə buraxılış meydançasını vurduğu görünür.