İspaniya və Mərakeş hökumətləri 2 ölkəni birləşdirəcək sualtı tunelin inşasına başlamaq niyyətindədir.
Hər 2 ölkənin məqsədi nəqliyyatın və yüklərin daşınma sürətini artırmaqdır.
Əslində belə bir ideya təxminən yarım əsr əvvəl verilsə də o dövrün texniki şərtləri tuneli hazırlamağa imkan verməyib. Artıq hər 2 tərəf işi öyrənmək üçün şirkətlər yaradıb. İspaniya isə tədqiqatlara 750 min avro ayırıb. Bu məqsədlə Almaniyanın ali məktəblərinə ezamiyyətlər də təşkil olunub.
İlkin hesablamaya görə uzunluğu 42 km olan tunelin 27,7 kilometri su altında olacaq. Avtomobillər bu yolu yarım saata qət edərək digər ölkənin ərazisinə çıxacaq.
Son məqsəd 2030-cu ildən sonra hər il 10 milyon sərnişin və 7 milyon ton yük daşımaqdır.
1 şərh
👉 $5,000 FREE EXCHANGE BONUSES BELOW 📈 👉 PlaseFuture FREE $3,000 BONUS + 0% Maker Fees 📈 + PROMOCODE FOR NEWS USERS OF THE EXCHANGE 👉 [M0345IHZFN] — 0.01 BTC 👉 site: https://buycrypto.in.net Our site is a secure platform that makes it easy to buy, sell, and store cryptocurrency like Bitcoin, Ethereum, and More. We are available in over 30 countries worldwide.