Qafqaztimes xəbər verir ki, İİR-nın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri bazar ertəsi elmi texnoloji, müdafiə və təhlükəsizlik innovasiyaları üzrə Strateji Şuranın ilk iclasında belə deyib: “Ötən illər ərzində İran İslam Respublikası Silahlı Qüvvələrin müdafiə qabiliyyətini yüksəltmək üçün elmi və texnoloji inkişafa daim diqqət yetirmişdir. Xüsusilə də son illərdə İslam İnqilabının Ali Rəhbərinin təkidi ilə bu proses daha da sürətlənmişdir.”
Müdafiə və təhlükəsizlik sahəsindəki irəliləyişlərə toxunan general-mayor Baqiri bildirib: “Əziz xalqımız bu inkişafın bir hissəsinə ballistik raketlərdə, İHA, peyk daşıyıcı və digər bu kimi sektorların məhsullarında şahid olmuşlar. Lakin bu nailiyyətlərin bir çox hissəsi ictimaiyyətə açıqlanmır və zamanı gəldikdə meydana çıxarılacaqdır.”
General-mayor Məhəmməd Baqiri belə əlavə edib: Həmçinin Silahlı Qüvvələrin elmi və texnoloji imkanlarından ölkənin mülki sektorlarının elmi inkişafı üçün də istifadə olunur. Başqa sözlə, hərbi və mülki sektorlar bilik, tədqiqat və texnologiya sahəsində bir-birlərinə yardım göstərilər ki, bu da mütləq elm və texnologiyanın inkişafına və ölkənin gücünün artmasına böyük təsir göstərəcəkdir.”