Qafqaztimes xəbər verir ki, İİR-nın səhiyyə nazirinin müavini Dr. İrəc Həririçi bu gün Səhiyyə Nazirliyində Malayziya Xarici İşlər nazirinin müavini Dato Qəməruddin Cəfər ilə görüşüb.
Bu görüşdə Həririçi, Malayziyanın İran İslam Respublikasının xarici siyasətindəki əhəmiyyətinə toxunaraq, iki ölkənin rəsmiləri arasında davamlı ünsiyyət və məsləhətləşmələrin aparılması, eləcə də siyasi, mədəni, iqtisadi, ticarət və səhiyyə sahələrində sıx əməkdaşlığa təkid etmişdir.
Hərirçi bu görüşdə demişdir: “İnqilabdan sonra İranda yerli istehsala üz tutduq. Mövcud sanksiyalar nəzərə alınmaqla, hazırda ölkənin dərman preparatlarına olan ehtiyaclarının 98,3 faizini ölkə daxilində istehsal edirik.”
Hərirçi həmçinin Cavid-19 virusu əleyhinə peyvənd istehsalına toxunaraq belə əlavə etmişdir: “Doqquz peyvənd hazırlamaqda böyük bir irəliləyişlər əldə etdik, bunlardan dördü yaxın bir neçə ayda geniş istifadəyə veriləcəkdir. İlk peyvəndimiz 40 gün ərzində ictimaiyyətə təqdim ediləcəkdir. İkinci peyvənd isə, təxminən 70 gündən sonra ayda 8-10 milyon dozada hazır olacaqdır.”