Sionist rejimin keçmiş baş naziri Qəzzə müharibəsinin faydasız olduğunu qeyd edərək Benyamin Netanyahunun İsraili uçuruma sürüklədiyini vurğulayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İhud Barak bu gün (26 aprel) Netanyahunun yalnız hakimiyyətdə qalması üçün öz mənafeyini güddüyünü, Həmasa qalib gələ bilməyəcəyini və israilli əsrilərin canını təhlükəyə atdığını vurğulayaraq deyib: Qəzzə müharibəsinin heç bir faydası yoxdur və savaşın davamı yalnız və yalnız Netanyahunun mənafeyinə çalışır.
İsrailin 12-ci telekanalına msahibə verən İhud Barak deyib: İsrail ciddi təhlükə altındadır. Bizim kimliyimiz və gələcəyimiz təhlükədədir. İsraili bu vəziyyətə salan Netanyahudan başqa biri deyil. Hal-hazırda biz bihudə bir müharibə yaşayırıq. Hamı da bu müharibəni davam etdirmək məcburiyyətindədir. Bu müharibə təhlükəsizlik məsələsi deyil, sadəcə baş nazirin siyasi mənafeyini qorumaq üçün aparılır.