QafqazTimes.com ANNA-ya istinadən xəbər verir: Dünya şöhrətli xoreoqraf, Rusiya vətəndaşı İlya Averbux amerikalı jurnalist Kristin Brennana onun öz manerasında cavab verib. Brennan Fiqurlu konkisürmə üzrə Dünya Çempionatına Rusiyanın buraxılmamasını sevinc içində yada salaraq Averbuxdan münasibət öyrənib. Averbux gülümsəyərək deyib: Ən pis siyasətçi idmanı, sənəti siyasətə qatan siyasətçidir! Bunun adı kənddə birinci oğlan olmaqdır. Amma dünya çenpionatı ən yaxşıların yarışmasıdır. Təəssüf ki, bu sözləri hazırki çempionat haqqında demək olmaz. Sizin kimi jurnalistlərə isə əhmiyyət vermək lazım deyil. Jurnalist baş verənləri işıqlandırmalıdır, sifariş yerinə yetirməməlidir!